haberL haberR

Ankara: Cərablusdakı əməliyyat İŞİD-lə mübarizədə dönüş nöqtəsidir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.08.2016 14:51:26

Cərablusun İŞİD terror təşkilatı yaraqlılarından azad edilməsi bu təşkilat ilə mübarizədə dönüş nöqtəsinə çevriləcək.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriyanın şimalında yerləşən Cərablusun İŞİD terror təşkilatı yaraqlılarından azad edilməsi bu təşkilat ilə mübarizədə dönüş nöqtəsinə çevriləcək.

“Türkiyə İŞİD-in hücumu altındadır. Bunu da Qaziantepdə baş vermiş son terror aktı göstərib. Suriyanın şimalında bu əməliyyatı keçirərək, biz İŞİD əleyhinə koalisiyaya kömək edirik. Biz öz sərhədlərimizi İŞİD-dən təmizləmək niyyətindəyiq (fikrindəyik). Suriyanın şimalında yerləşən və mühüm şəhər olan Cərablus arıtq iki ildir ki, İŞİD nəzarəti altındadır. Onun təmizlənməsi İŞİD-lə mübarizədə dönüş nöqtəsinə çevriləcək və Hələbin terrorçulardan təmizlənməsinə səbəb olacaq.”, - deyə Çavuşoğlu Twitter səhifəsində yazıb.

O, həmçinin rəsmi Ankaranın Suriya kürdlərinə Fəratdan qərbdə yerləşən əraziləri tərk etməsi tələbini də təkrar edib və xəbərdar edib ki, əks halda rəsmi Ankara “lazımi tədbirləri görəcək”.

Xatırladaq ki, 2 gün əvvəl səhər saatlarında Türkiyə ordusu beynəlxalq koalisiya təyyarələrinin dəstəyi ilə Cərablusun azad edilməsi üzrə hərbi əməliyyata başlayıb. "Anadolu" agentliyi bildirib ki, Türkiyə HHQ-ə məxsus təyyarələr ərazidəki İŞİD terrorçularına zərbələr endiriblər.

Türkiyə KİV-ləri daha əvvəl hərbi mənbələrə istinadən bildiriblər ki, baş verənlər Suriyada quru əməliyyatı deyil. Türkiyə və koalisiya qüvvələrinin hərəkətlərinin məqsədi Cərablusun terrorçulardan azad edilməsi məqsədi ilə mülayim Suriya müxalifəti üçün dəhlizin açılmasıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.