haberL haberR

Ankara Gülənin ABŞ-ı tərk etməsindən şübhələnir

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.07.2016 13:48:48

Nazir: "Fətullah Gülən bu ölkələrə qaça bilər"

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fəthullah Gülənin ABŞ-dan çıxa biləcəyini istisna etməyib.

 “Kəşfiyyatdan Gülənin digər ölkələrə qaça bilməsi barədə xəbərlər daxil olur.”,  – Bozdağ bildirib.
 Nazir Gülənin qaça biləcəyi ölkələr arasında Kanada, Misir, Avstraliya, CAR və ya Meksikanın ola biləcəyini bildirib.
 Bozdağ həmçinin bildirib ki, Gülən 40 il ərzində çevriliş hazırlayırdı. Nazirin fikrincə, Gülən çevrilişdən sonra Türkiyəyə geri dönməyi planlaşdırırmış.
  Xatırladaq ki, daha əvvə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Güləni dövlət çevrilişə cəhdin hazırlanmasında ittiham edib və ABŞ prezidenti Barak Obamadan onun ekstardisiya olunmasını tələb edib. Gülən isə öz növbəsində qiyamı pisləyərək bildirib ki, onun baş verənlərə dəxli yoxdur.  Ancaq ABŞ KİV-nə verdiyi müsahibədə, o, ABŞ Dövlətindən ekstradisiya olunmamasını istəmişdi.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.