haberL haberR

Ankara meriyası partlayış haqda məlumatı təkzib edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.07.2016 13:36:40

“Sky News Arabia” telekanalı Ankarada güclü partlayışın olduğunu yayıb

İslamazeri.az-ın Türk mediasına istinadən verdiyi xəbərə əsasən, Ankara meriyasından bildiriblər ki, Ankarada partlayış haqda yayılan məlumat həqiqətə uyğun deyil: “Bu gün şəhərdə heç bir partlayış baş verməyib.”

Meriyanın mətbuat xidməti məsulu güman edib ki, partlayış haqda şayələrə, şəhər zibilxanalarının birində baş vermiş güclü yanğın səbəb ola bilər.

 

Xatırladaq ki, “Sky News Arabia” telekanalı xəbər yaymışdı ki, Ankarada partlayış baş verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.