haberL haberR

Ankara Suriyada Qurban Bayramınadək sülhün əldə olunacağına ümid edir

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 17:48:27

Hazırda biz Rusiya ilə Hələb üzrə əməkdaşlığı inkişaf etdiririk.

İslamazeri.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qurban Bayramınadək Suriyada sülhün əldə olunacağına ümid edir.

"Hazırda biz Rusiya ilə Hələb üzrə əməkdaşlığı inkişaf etdiririk. Çox ümid edirəm ki, artıq Qurban Bayramınadək atəşkəsə nail olmaq mümkün olacaq.", - deyə G20 sammitində iştirak etmək üçün Çinin Xançjou şəhərində olan Ərdoğan mətbuat konfransında bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.