Ankaradakı terrorda ölənlərin sayı artdı: 34 ölü, 125 yaralı... Foto, Video

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Daxili İşlər naziri Efkan Ala açıqlama verib.
Nazirin sözlərinə görə, terror aktı avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsilə həyata keçirilib. Türkiyənin Səhiyyə naziri Mehmet Müezzinoğlu Güvenpark adlı bölgədə baş vermiş partlayış zamanı 30 nəfər olay yerində, 4 nəfər isə xəstəxanada həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, xəstəxanada 125 yaralı varki, onlardan 19 xəstənin vəziyyətinin ağırdır. Vəziyyəti ağır olanların öləcəyi istisna edilmir.
22:07- İslamazeri.az: Ankara valiliyi terrorla bağlı ilk açıqlamasını verib. Açıqlamaya görə, terror aktında 23 hadisə zamanı, 4 nəfər xəstəxanada həyatını itirməklə 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.
21:46 - İslamazeri.az: Rəsmi təsdiqi olmayan xəbərlərə görə, terror aktı avtomobilə quraşdırılmış qurğunun işə düşməsilə baş verib. Yuxarıda video hüquq mühafizə orqanlarının ilkin araşdırmasıdırki. videoda avtomobilin partladığı açıq aşkar görünür. Bəzi xəbər agentlikləri 5 nəfərin öldüyünü bildiriblər. Hadisənin 20:41-də (Bakı vaxtı ilə) baş verdiyi qeyd edilir. Hazırda ərazi boşaldılır
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə paytaxtı Ankaranın Kızılay bölgəsinin Güvən park adlanan ərazisi yaxınlığında partlayış qeydə alınıb. Partlayış 20:30 - 21:00(Bakı saatı ilə) aralığında baş verib. Partlayış zamanı ölən və yaralıların olduğu önə çəklilir.
İlkin ehtimala görə, partlayış terror aktı nəticəsində törədilib.
Qeyd edək ki, ABŞ öz vətəndaşlarına Ankaranın Bahçelievlər (partlayışa yaxın ərazi) ərazisinə getməməyi tövsiyə etmişdi.
Xəbərlə bağlı ətraflı məlumat veriləcək...
Ankarada terror: Ölən və yaralananlar var
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.