haberL haberR

Ankaralı İŞİD-çidən ağlasığmaz sözlər: "İşgəncə vermirik, başını kəsirik"

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.07.2015 10:55:10

"Birgun" qəzeti Türkiyəyə qayıdan İŞİD terrorçusunda müsahibə alıb

İslamazeri.az "birgun.net"-ə istinadən xəbər verir ki, Ankaranın Hacıbayram məhəlləsində yaşayarkən İŞİD-ə qoşulan və müxtəlif fasilələrlə cəmi doqquz ay ərzində İŞİD üçün döyüşən C.A adlı terrorçu İraq və Suriyada yaşadıqlarını türkiyəli jurnalistə izah edib. İraqda Sultan Abdullahda gecə vaxtı tutduğu "Peşmərgə" ordusunun başını kəsərək "Kəlləçi" ləqəbini kazandığını və İŞİD-in "ədalət" anlayışını "Birgün" qəzetinə danışan C.A adlı terrorçu  "Doğulduğum, böyüdüyüm Türkiyə mənə qəribə gəlir. Sanki, mən ya İraqda anadan olmuşam, ya da Suriyada. Özümü burada qəribə hiss edirəm. Biz döyüşlərdə iştirak etməyə öyrəşmişik", -deyə söyləyib.


Evdə kəniz bazarı

- İslam Dövlətinin ədalət anlayışı ilə bağlı nə düşünürsünüz?
Allahın hökmü ilə hökm edildiyi üçün İŞİD-in ədalət anlayışı çox gözəldir.  Qaydalar bir az qatı ola bilər, amma bu Allahın hökmüdür. Məsələn, Rəqqada bacısıyla zina edən həkim gəlib bunu etiraf edib günahının hökmünə razı olduğunu dedi və daşlanaraq öldürüldü. Kitab da onu deyir. Oğurluq edibsə, əl kəsilir. Zina edibsə daş-qalaq edilir.

- İŞİD-in işğalıyla qadınların və uşaqların müharibə qəniməti sayılması, cinsi kölə olaraq satılması kimi üsullar müzakirə edilir. İŞİD-in daxilindəki vəziyyət beynəlxalq mətbuatda yazılandan fərqlidirmi?
"Qadınları bazarda satırlar" deyirlər. Vallah Rəqqada beş ay qaldım, bazarda bir arvad görmədim. Razıyam, kəniz bazarı var. Bazar dediyimiz də evdir. Elə açıqda mal nümayiş etdirmək kimi deyil. Evə gedirsən, bəyənib pulunu verib, alırsan. İmam nikahını kəsirsən və artıq o sənin yanındadır. İstəyirsən hədiyyə et, istəyirsən azad et.

- Ailə qurmağa və ya kəniz sahibi olmağa çalışdınız, yoxsa?
İraqda 25 yaşında üç uşağı olan bir qadınla evləndim. "Evlənəcəyim insan hökmən mühacir və türk olsun" -demişdi. Məndən yaxşı türk olacaq? Sonra evli olduğumu öyrənəndə məni istəmədi. İŞİD qurban kəsər, yemək paylayar, evini qurar, qadına veriləcək 1500 dollar mehir pulunu ödəyər. Cibindən xərcləməzsən. Qızıl taxmaq kimi burada qadınlara mehir verilir. Orada mehir qadındır.


İşgəncə vermirik: Başını kəsirik!

- Homoseksualların damdan atılması kimi praktika dünya ictimaiyyətinin reaksiyasını səbəb olub. Bu tip cəzalandırmalara şahid oldunuzmu?
Hər hansı homoseksualın cəzalandırıldığını görməmişəm, amma narkotik satan birinin başının kəsildiyini gördüm. Onsuz da Rəbb ayədə, "Kafirləri gördüyünüz zaman boyunlarını kəsin" deyir. Biz işgəncə vermirik; Ya başına güllə vururuq, ya da Allahın dediyi kimi başını kəsib atırıq. Bunlar qisas sayılır.

- Əsir alınan İordaniyalı pilot da bənzər qisasın tətbiq edilməsi çərçivəsindəmi yandırılaraq öldürüldü?
Hər kəs "Diri diri adam yandırdılar" deyib İŞİD-i pisləyir. İordaniyalı təyyarə bomba atanda, uşaqları yandıranda ona kimsə bir şey demir. Onu da qəfəsin içində yandırdılar. Üstünə çınqılları tökdülər və üstündən də yerqazıyan maşın keçirdilər. Binaların altında qalan uşaqların qisası alındı . Bu Allahın hökmüdür. Yəni, "Sizin üçün qisasda xeyir var" -deyir Rəbb.

- Müharibədə ələ keçirilən silahsız əsirlərin edam edilməsi də başqa bir mübahisəli məsələdir. Bunu ədalətli sayırsız?
Bunlar sənin dinini istəmirlər. Əvvəl beyət istəyirsən, təbliğ edirsən. Adamın başına girmir ki girmir.

- Mütləq təbliğat aparılır mı?
Əlbəttə. Amma başa düşmürlər. İstəmirlər səni. Kafir hökmü verirlər. Onsuz da özü kafirdirlər. Allahın hökmünü istəmirlər.

- Siz müharibə əsirini edam etmisinizmi? Ya da edama şahid oldunuzmu?
İraqda birlikdə olduğum məhəllədən iki dostuma ləqəb verilmişdi. Məni də "Kəlləçi" deyə tanıyırdılar. Bir dəfə edam etmişəm. Ləqəb də oradan gəlib.

- Baş kəsmə hadisəsi harada, hansı şəraitdə baş verdi?
İraqda Tirin vilayətində, Sultan Abdullahda oldu. Gecə növbədəydim. Bir peşmərgə gəldi. Onu izlədim, gözünü  və əllərini bağlayım gətirdim. O gün bayram havası idi. Bizimkilər məni tərifləyirdi. Hər igidin işi deyil ki əsir götürmək.

- Əsirlə bağlı yekun qərar necə verildi?
Əmir dedi ki, "Bunun hökmünü sən verəcəksən". Əvvəl dinimi təbliğ etməyimin, qəbul etməzsə, başını kəsməyimin lazımlığını söylədi. Adama danışıram, "Bax qardaşım, haqq yolu budur, sənin yolun səhvdir". "Yox" deyir. İki saat danış, danış, danış. Artıq bezdim. Əmirə, "Bir şey alınmadı, bir də siz danışın" dedim. Gəldi, bir də o təbliğ etdi. Peşmərgə də ciddiyə almayıb güldü, "Sizin hökmünüz keçməz, danışdıqlarınız mənə boş gəlir" - dedi. "Boyunun gedəcək, qəbul et" deyirəm, "Yox" deyir. Acıdım... Əslində Rəbb, "Qanunlarımı icra edərkən acımayın" deyir. Rəbbimdən mərhəmətli biri deyiləm mən, Rəbbimin rəhm etmədiyinə mən niyə edim? Vallah istəmirdim ki, başını kəsim. Nəhayət əmir gəldi, "Bu sənindir, kəsərsən" -dedi. "Mən kəsmirəm. Toyuqdur ki kəsim?" - dedim. Əmir bu dəfə əsəbləşdi, "Qəbul etməsən adın agent çıxacaq" - dedi. "Əmrə itaət Peyğəmbərə itaətdir, Peyğəmbərə itaət Allaha itaətdir", - dedi. Mütləq kəsməlisən. Yoldaşlarıma dönüb baxdım, qəbul etdim. Xalqın içinə apardıq, maskamı taxdım üzmə və kəsdim.

 

- Əsirə dair bəzi şeyləri xatırlayırsınızmı? Edam sizə təsir etdimi?
"Peşmərgə"dən olduğu üçün kürd idi. Tərcüməçi vasitəsilə danışırdıq. Qolunda Abdullah Öcalanın döyməsi var idi. Hətta "Öləcəyimi bilə-bilə neçə ildir ki, bu təşkilatın içərisindəyəm. Öləcəyəm, amma gözüm açıq gedəcək, bir tək Öcalanı görməyi istəyirdim" dedi. Adamın adını də öyrənmişdim, amma indi xatırlamıram. Kərküklü idi. Sonra 10-15 gün özümə gəlmədim, yata bilmədim. Toyuğun qiyməti var idi, amma insanın qiyməti yox idi orada. Ölü insan görməkdən bizə artıq normal bir şey kimi gəlirdi. Amma müharibədə ya kafir səni vurur, ya sən kafiri vurursan.

 
- Daha əvvəl polis və ya kəşfiyyat sizlə maraqlanaraq hər hansı məlumat toplayıb?

Xeyr. İki gün əvvəl yoldaşlardan birini polis çağırmışdı. "Buna uyğunlaşın" deyiblər. Məni də izləyirlər deyə fikirləşirəm. Ankarada biri özünü partlatsa, ilk bizi çağıracaqlar.

- İndi Türkiyədə nə edəcəksiniz?
Avtomobil dayanacağında yeni iş tapmışam. Bir də həyat yoldaşımla barışmaq istəyirəm. Onunla yenidən birlikdə yaşayacağıq.

- Buradakı həyat gözlədiyiniz kimi davam etməsə İŞİD-ə qayıtmağı düşünürsünüz?
Niyyət odur. Amma bu dəfə getsək qayıtmayacağıq.

- Türkiyəyə yenidən uyğunlaşa bilirsinizmi?
Alışmamışıq bura. Mühitinə isinmədik. Görürsən ki, insanlar açıq-saçıq gəzirlər. Qapalı insanlara alışdıq. Artıq doğulduğum, böyüdüyüm Türkiyə mənə qəribə gəlir. Sanki mən ya İraqda, ya da  Suriyada anadan olmuşam. Oraya alışdığımız üçün bura bizə çətin gəlir. Bir də müharibələrdə iştirak etməyə alışmışam.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.