haberL haberR

ANS MTRŞ ilə məhkəmədə üzləşdi

Kateqoriya: Sosial Yayımlama tarixi: 23.10.2015 16:42:04

ANS-in ittihamına 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

İslamazeri.az apa-ya istinadən məlumat verir ki, prosesdə qərar qəbul edilib. Qərara əsasən, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, şirkət şuranın 30 sentyabr 8/1 saylı qərarının ləğv olunması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.

ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.