Apple azərbaycanlıların kefinə soğan doğradı
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 24.03.2016 14:07:27

Son iki gündə Apple şirkətinin xidmətlərində yaranan növbəti nasazlıq istifadəçiləri mənfi mənada təəccübləndirib. Problem smartfon və İpad istifadəçilərinin son yenilənməni yüklədiyi zaman yaranıb.
Şəxsi məlumatları daxil edərkən iPad və iPhone bloklanır və onları açmaq mümkün olmur.
Apple-in rəsmi nümayəndəsinə müraciət zamanı bir ay gözləməyi təklif edirlər. Belə ki, hazırda sistem (İcloud) vasitəsilə blokdan çıxmaq mümkün deyil. Bu açıqlamanı Turan-ın müxbirinə rəsmi nümayəndəlikdən veriblər, lakin niyə bu qədər gözləmək lazım gəldiyinin səbəblərini açıqlamayıblar.
Apple məhsulları satan mağazalarda aparılan sorğuya görə, ötən sutkalar yüzlərlə adam analoji müraciət edib, lakin nəticəsi olmayıb.
Maraqlı odur ki, əhalisi birbaşa Apple firmasının servisinə müraciət edərək bu cür texniki problemi həll etmək istəyən ölkələr sırasında Azərbaycan yoxdur.
Regionun lider ölkəsinin Apple ilə əməkdaşlıq edən ölkələr siyahısında olmamasının səbəblərini söyləmək çətindir. Sualı Rabitə Nazirliyinə ünvanlamaq lazımdır. Lakin qonşularımız - Gürcüstan və Ermənistan həmin siyahıda yer alıblar.
Apple-də qlobal nasazlıq hər iki-üç aydan bir baş verir. Nəzərə alsaq ki, hazırda Apple dünyada ən böyük və zəngin şirkətdir, servislərin niyə bu qədər pis, texniki nasazlığın aradan qaldırılması ilə bağlı ləng işləməsi anlaşılan deyil.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.