"Apple"-dən yeni xəbər var

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən islamazeri.az-a verilən məlumata görə, “Apple” texnikası istifadəçilərinin 60 faizi artıq “iOS 8” əməliyyat sisteminə keçib.
Məlumatlar noyabrın 24-nə olan vəziyyətə görə “App Store” əlavələr mağazasından istifadə üzrə aparılan təhlillər əsasında əldə olunub. Noyabrın əvvəlində istifadəçilərin 55 faizi “iOS” sisteminin son versiyasına üstünlük verib.
“iOS 8” sisteminin bu il “iOS 7” ilə müqayisədə zəif tətbiq olunmasına baxmayaraq "Apple” nümayəndələri qeyd edirlər ki, “iOS” istifadəçiləri yeni sistemə keçidi “Android” istifadəçilərinə nisbətən daha əminliklə həyata keçirirlər.
Müqayisə üçün qeyd edək ki, “Android” sisteminin ilk dəfə 2012-ci ildə buraxılan “Android Jelly Bean” versiyasından hazırda istifadəçilərin 54 faizi istifadə edir və onların yalnız 25 faizi “KitKat” versiyasına keçib.
“Apple” təmsilçiləri bildirirlər ki, istifadəçilərin 60 faizinin əməliyyat sisteminin yeni versiyasına keçməsi onun rəsmən təqdim olunmasına 60 gün qalmış baş verib. Müqayisə üçün: “Android KitKat” istifadəçilərinin payı onun təqdim olunmasından 313 gün sonra 25 faiz artıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.