haberL haberR

"Apple"-in ağıllı saatlarına "Google" dəstəyi ilə hazırlanan rəqib

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 26.07.2016 17:39:49

Mobvoi start-up-ının “Ticwatch-2” saatlarının qiyməti 200 dollar təşkil edəcək ki, bu da standart “Apple Watch” variantından olduqca və "Motorola Moto 360"-ın “ağıllı saatlarından” isə 100 dollar ucuzdur

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, "Google" korporasiyasının dəstəyi ilə yaradılmış Çinin "Mobvoi Inc." start-up-ının “ağıllı saatları” cari ilin sentyabr ayından ABŞ-da satışa başlayaraq amerikan "Apple Inc." ilə rəqabət aparacaq.

Mobvoi start-up-ının “Ticwatch-2”  saatlarının qiyməti 200 dollar təşkil edəcək ki, bu da standart “Apple Watch” variantından olduqca və "Motorola Moto 360"-ın “ağıllı saatlarından” isə 100 dollar ucuzdur. Qurğu səsli axtarış, səhifələrin dəyişdirilməsi üçün sensor xətlərə sahibdir, istifadəçinin ingilis dilində verdiyi suallara cavab verir. Pitza sifariş verməyə, "Uber"-dən taksi çağırmağa və həmçinin də "Yelp" saytından restoran seçməyə imkan verir.
İlkin ehtimala əsasən, il ərzində amerikan bazarında təxminən 50 min “Ticwatch-2” saatı satılacaq. Beləliklə, "Mobvoi"-nin qazancı 2017-ci ildə təxminən 100 milyon dollar təşkil edəcək. ABŞ-da uğur qazanılacağı təqdirdə şirkət artıq 2017-ci ildə aksiyaların (IPO) ilkin yerləşdirilməsini keçirə bilər.
Çinin "Mobvoi" start-up-ı 2012-ci ildə qurulub. O, süni intellekt üzərində ixtisaslaşıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.