haberL haberR

Apple məhsullarının bu ölkədə istifadəsi qadağan olunur

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 15.11.2014 14:37:31

Rusiyada iPhone və iPadın istifadəsi qadağan edilir

İslamazeri.az bu barədə Rusiya KİV-inə istinadən xəbər verir. Rusiyada iPhone və iPad öz istifadəçiləri üçün 01.01.2015 ci il tarixindən lazımsız əşya olmaq riski ilə qarşılaşıb. Hal-hazırda ABŞ rəhbərliyindən  "Apple" korporasiyasından Rusiyaya qarşı sanksiyalara qoşulmaq tələb edilir. Bu barədə istehlakçılar Kaliforniyada qeyri rəsmi keçirilən konfransda "The Wall Street Journal"-a məlumat veriblər.

 

ABŞ hökuməti "Apple" korporasiyasını sanksiyalara qoşulmağına nail olsa, qurğular Rusiyada bloklanacaq. "Apple" Rusiyada iPhone və iPad-ın istifadəsinə maneəni Vaşinqtonun yüksəkçinli səlahiyyətlərinin məsləyə qarışacağı təqdirdə aşa bilməyəcək. 

 

Şirkət açıqlamasında bildirib ki, Rusiya hazırda ən prespektivli ve geniş bazara sahib olan ölkələrdən biridir. Buna görə də öz alıcılarını itirmək istəmir. Digər tərəfdən isə "Apple" Amerika qanunvericiliyi ilə fəaliyyət göstərir və bir başa hökümətdən göstəriş alınacağı təqdirdə təslim olmaq  məcburiyətində qalacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.