"Apple" məhsulu smartfonlar niyə bahalaşıb?
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 08.09.2015 11:43:01

Bir neçə gündür ki, “İphone” modellərini almaq istəyən alıcılar telefon qiymətlərinin həddindən artıq bahalaşmasından narazı olduqlarını bildirirlər.
Bu barədə “Qafqazinfo”ya müraciət edənlər qeyd edir ki, artıq paytaxtın tanınmış telefon mağazalarında “İphone” telefonlarının qiyməti 30 faiz bahalaşıb.
Alıcıların narazılığından sonra “Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, həqiqətən də artıq telefon mağazalarında "iPhone 6" modeli 900 manata deyil, 1198 manata satışa çıxarılıb.
“İphone 6 Plus”un qiyməti isə 1564 manat olub. Bildirilir ki, qiymətlərin qalxmasına səbəb Azərbaycanın birbaşa dünyanın 1 nömrəli şirkəti ilə əməkdaşlığa başlamasıdır.
Belə ki, artıq ölkəmizə "Apple" məhsulları Çindən və ya Dubaydan deyil, birbaşa "Apple" distribüterləri tərəfindən gətiriləcək. Hazırda satışa çıxarılan orjinal "Apple" məhsulları bundan sonra bütün mağazalarda vahid qiymətə satılacaq. Mağazalarda 1198 manatdan aşağı qiymətə satılan "iPhone 6"lar isə orijinal deyil və onları almaqla yanıla bilərsəniz.
Qeyd edək ki, bir müddət əvvəl “Apple” mağazalarının Azərbaycandakı rəsmi distrübüteri olan “Alma Store” mağazalarının təmsilçisi dolların qiyməti ilə bağlı olaraq telefonların bahalaşacağını açıqlamışdı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.