haberL haberR

“Apple” şirkəti birjalarda 158 milyard $ itirib

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 24.08.2015 18:55:57

İlin əvəlindən “Apple” şirkəti yüz milyard dollardan çox vəsait itirib

İslamazeri.az-ın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən “Apple” şirkəti birjalarda səhimlərinin qiyəmtinin 20,6%-i itirib. Bu da şirkətin kapitallaşmasının 158 milyard dollar zərərə uğraması ilə nəticələnib.

Ötən cümə günü fond birjalarının sonunda  “Apple” şirkətinin bir səhminin qiyməti $106,02 olub bu da bir gün ərzində $6,72 və yaxud 6% dəyər itkisidir. Ümumilikdə isə, ötən həftə ərzində qiymətli kağızlarının dəyərinin 8,5%-i itirib.

Xatırladaq ki, "Apple" şirkətinin hazırkı dəyəri 618 milyard dollardır. Şirkətin bir səhminin rekord qiymət göstərici maksimumu isə 134,50 $ olub.

Qeyd edək ki, dünya fond birjalarında qiymətli kağızların qiymətlərində ciddi şəkildə enmə müşahidə edilir. Asiya, Yaxın Şərq, Avropa, Rusiya fond birjalarında tənəzzül müşahidə edilir. Tənəzzül artıq ABŞ-ın Nyu-York fond birjasına da təsir edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.