haberL haberR

"Apple" şirkətindən gözlənilməz dəyişiklik

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 02.08.2016 12:54:34

Şirkətin rəsmi nümayəndəsi məlum məlumatı şərh etməyib.
İslamazeri.az-ın "The Guardian"-a istinadən verdiyi xəbərə əsasən, "Apple" şirkəti sentyabr ayında işıq üzü görəcək "iOS 10" yeni əməliyyat sistemində tapança şəkilli emojini ("smayl" işarəsini) "su tapancalısı" ilə əvəz edəcək.
Nəşriyyatın bildirdiyinə görə, qara rəngli tapancalı "smayl"-ın yerinə yaşıl rəngli su tapançası gələcək. Qeyd edilir ki, dəyişikliklərə ABŞ-da odlu silahın istifadə edilməsi ilə bağlı hadisələrin çoxalması səbəb olub.
Lakin şirkətin rəsmi nümayəndəsi məlum məlumatı şərh etməyib.
Bundan əlavə, gözlənilir ki, payızdan etibarən "Apple" smartfon və planşetlərində yüzlərlə yeni emojilər olacaq.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.