haberL haberR

Apple şirkətinin direktoru İsrailə gedir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 12.02.2015 22:07:38

Apple şirkətinin direktoru gələn həftə İsrailə gedəcək

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, Apple şirkətinin direktoru Tim Kuk gələn həftə yeni araşdırma mərkəzinin açılışı üçün sionist rejiminin  işğal altındakı Fələstin torpaqlarına gedəcək.

12500 kv-lıq mərkəz Hertsiliya şəhərində açılacaq və "Apple Israel" kimi fəaliyyət göstərəcək.

Burada həmçinin iPhone, iPad və Mac istehsal ediləcək.

Apple şirkətinin İsrail rejimi ilə sıx əlaqələrinə baxmayaraq, ərəb ölkələrində bu mobil telefon ən çox satılan mobil cihazlardandır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.