haberL haberR

'Apple' üç aya 18 milyard dollar qazandı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 28.01.2015 14:25:58

ABŞ texnologiya nəhəngi "Apple" rüb ərzində ən böyük gəlir əldə edən ictimai şirkətdir

"Apple" iqtisadi ilin birinci rübündə gəlirlərinin 18 milyard dollar (14,1 milyard manat) olduğunu bəyan edib. Bu, "ExxonMobil" şirkətinin 2012-ci ilin ikinci rübündə bəyan etdiyi 15,9 milyard dolları üstələyib.

Bu barədə "Standard and Poor's" məlumat verir.

Artım "iPhone" mobil telefonlarının görünməmiş satış rəqəmlərinə görədir. Dekabrın 27-dək üç ay ərzində "Apple" 74,5 milyon "iPhone" satıb. Bu, əksər təhlilçilərin gözləntilərindən qat-qat çoxdur.

Buna baxmayaraq, 2014-cü ildə "iPad" planşet kompüterlərinin satışı 2013-cü ilə nisbətən 18 faiz azalıb.

 

"Apple" müxtəlif "iPhone" modelləri üçün ayrı-ayrı satış rəqəmlərini açıqlamayıb.(virtualaz.org)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.