haberL haberR

"Apple" yeni smartfonlarını təqdim etdi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 10.09.2015 10:32:00

San-Fransiskoda "iPhone 6S" və "iPhone 6S Plus" smartfonları təqdim edilib

"Apple" şirkəti çərşənbə günü San-Fransiskoda özünün "iPhone 6S" və "iPhone 6S Plus" smartfonlarını təqdim edib.

Trend-in xarici KİV-lərə istinadən veridiyi məlumata əsasən, smartfonlar 4 rəngdə təqdim olunub.

Nümayiş zamanı, şirkətin baş direktoru qeyd edib ki, smartfonların görünüşü əvvəlkinə bənzəsədə, əslində onlar çox şeyi dəyişiblər.

Yeni smartfonlar "iOS 9" əməliyyat sistemində işləyəcək. Yeni "iPhone"-larda 12 meqapiksellik arxa (əsas) və 5 meqapiksellik ön kameralar quraşdırılıb.

Təqdim olunan məhsullar ilk öncə sentyabr ayının 25-dən 12 ölkədə satışa buraxılacaq, ilin axırına kimi isə smartfonları dünyanın 130 ölkəsində əldə etmək olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.