"Apple"dan gözlənilməz qərar
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 17.12.2014 14:08:13

Şirkət rublda həddindən artıq dalğalanma olduğu üçün Rusiyadakı tək onlayn satış ünvanı olan mağazasını müvəqqəti olaraq bağlayıb.
Dünyanın texnologiya nəhənglərindən olan "Apple" məsələ ilə bağlı şərh verib. Şirkətdən bildirilib ki, bu vəziyyət məhsul qiymətləri ilə bağlı araşdırmalar başa çatana qədər davam edəcək.
"Apple" məhsullarının ölkədəki tək satış ünvanı olan internet saytında (www.store.apple.com/ru) isə istifadəçilər üçün bir mesaj yayımlayıb: ""Apple" mağazasını sizin üçün təzələyirik. Qısa bir müddət sonra təkrar fəaliyyətə başlayacağıq".
"Apple"ın maliyyə direktoru Luka Maestre bildirib ki, rublun dəyərdən düşməsindən zərər çəkirlər və bunun qarşısını almaq üçün bir proqram tətbiq ediləcək.
Qeyd edək ki, şirkət rubldakı dəyər itkisinə indiyə qədər məhsullarının qiymətini artıraraq cavab verməyə çalışmışdı. "Apple"ın bazara sentyabr ayında təqdim etdiyi "iPhone 6"nın Rusiyadakı qiyməti bir ayda 25 % bahalaşıb. (anspress)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.