haberL haberR

Applle Pekində iPhone satışını dayandıra bilər

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.06.2016 21:27:26

Applle şirkəti Pekində iPhone satışını dayandıra biləcəyini açıqlayıb

İslamazeri.az-ın "RİA"ya istinadən verdiyi xəbərə əsasən, Amerika şirkəti Apple şirkəti güman ki, Pekində iPhone satışlarını dayandırmaq məcburiyyətində qalacaq. Səbəb isə dizayn sahəsində fəaliyyət göstərən yerli şirkət Shenzhen Baili-nin patentinin Apple Inc. tərəfindən pozulmasıdır. Bu haqda müəssisənin Pekim intelektual mülkiyəti hüququnun qorunması üzrə idarənin sənədində deyilir.

Xəbərə əsasən, iPhone 6 və iPhone 6 Plus, Çin Shenzhen Baili-nin patentini öz xarici görünüşündə oxşarlığa Shenzhen Baili-nin 100C smartfonuna oxşaması ilə pozur. Apple şirkəti bu qərarı şikayət edə bilər, bütün bu proses dövründə isə Apple şəhərdəki smartfon   satışını davam etdirə bilər.

Baxmayaraq ki, müəssisənin qərarı Applle-nin yalnız Pekindəki satışlarını məhdudlaşdırır, məlum iş Çinin digər rayonlarında şirkət əleyhinə gələcək məhkəmə prosesləri üçün nümunə kimi çıxış edə bilər.

Xatırladaq ki, Apple şirkəti 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən qurulub. Şirkətin baş-qərargahı Kaliforniya ştatındadır. Apple kompyuterlərin, audio-oxuducuların, telefonların, “ağıllı” saatların və proqram təminatının istehsalı ilə məşquldur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.