haberL haberR

Aralıq dənizində ötən il təxminən 4 minə yaxın miqrant həlak olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.05.2016 9:53:45

Bu haqda Miqrasiya üzrə beynəlxalq təşkilatın baş-katibi Uliyam Leysi Svinq: Aralıq dənizində ötən il təxminən 4 minə yaxın miqrant həlak olub

İslamazeri.az "RİA"ya istinadən verdiyi xəbərə görə, Miqrasiya üzrə beynəlxalq təşkilatın baş-katibi Uliyam Leysi Svinq, Peterbuqrda hökümətlərin parlamentlər arası assambleyasının 44-cü plenar iclasında çıxır edərək bildirib ki, ötən il Aralıq dənizi ilə Avropaya keçmək istəyən təxminən 4  minə yaxın miqrant həlak olub.

“Biz ötən il Aralıq dənizində təxminən 3,8 min nəfər itirmişik, bu gün bu rəqəm artıb, baxmayaraq ki, il hələ heç yarıya çatmayıb. Gələcəkdə bu cür itkilərin qarşısını almaq üçün, bizə miqrasiyanın qanuni yolları lazımdır.”,  – deyə o bildirib.

Svinqin sözlərinə görə müasir kataklizmlər misilsiz miqrasiya partlayışına səbəb olub, və bu da bu anlayışın özünün pis mənası yozulmasına gətirib çıxarıb.

“Biz bu təhlükəni necə yüngülləşdirə bilərik? Əgər insanlar siyasətçilərin diqqət mərkəzində olsa, biz bunu edə bilərik. Bizim əsas prioritetimiz insan həyatının xilas edilməsidir.” – deyə o qeyd edib.

Miqrasiya üzrə beynəlxalq təşkilatın baş-katibi qeyd edib ki, Suriya üzrə diskussiyalarla yanaşı, hazırda dünyada çox az aktiv danışıqlar aparılır, hansılar ki, yaranmış problemlərin həll edilməsinə kömək edə bilərdi.

“Bu qeyri-sabitliyin bütöv bir arkasıdır, insan iztirablarının arkasıdır.Hakimiyyətlə anlaşılmaz münasibətlərə görə, beynəlxalq qanunların hər tərəfdən pozulmasına görə, həmən “mükəmməl fırtına” yaranır ki, hansıda ki, biz inslara kömək edərək işləmək məcburiyyətində qalırıq”, – deyə Svinq əlavə edib.

O, bildirib ki, iri miqyaslı miqrasiya qaçılmazdır və hətta müvafiq qanunvericiliklə nizama salındığı halda arzu olunandır:  “Miqrasiya problem olmaqla yanaşı, insan həyatının reallığıdır, hansıları ki, biz idarə etməliyik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.