haberL haberR

ARDNŞ və FHN partlayışla bağlı yeni məlumat yayıb(YENİLƏNİB)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 24.10.2014 9:57:50

3 nəfərin cəsədi tapıldı, itkin düşən 1 nəfər isə axtarışdadır

İslamazeri.az apa-ya istinadən xəbər verir ki,baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

 

Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

 

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

 

Baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda tapılaraq sahilə çıxarılıb.

 

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. 

 

* * *

 

ARDNŞ-nin və Fövqəlada Hallar Nazirliyi Bakıda baş vermiş partlayışla bağlı ilkin məlumat yayıblar.

 

ARDNŞ-dən islamazeri.az-a verilən məlumata görə, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarılıb.

 

İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.