haberL haberR

Arif Hacılı Rusiya müxalifətinin liderlərindən biri ilə görüşüb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 21.11.2015 17:32:53

Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün Rusiya müxalifətinin liderlərindən biri Mixayil Kasyanovla görüşüb

Bu haqda İslamazeri.az-a Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,  Avropa Liberal Demokrat İttifaqının (ALDE) konqresində iştirak etmək üçün Budapeştdə rəsmi səfərdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün Rusiya

müxalifətinin liderlərindən biri Mixayil Kasyanovla görüşüb.

Qeyd edək ki, Rusiyanın keçmiş baş naziri olan Mixayil Kasyanov hazırda Rusiya Xalq Azadlıq Partiyasının (PARNAS) sədridir. O, əvvəl bu partiyanın Nemtsovla birlikdə həmsədri olub, bu ilin yayında isə tək sədr olaraq bu partiyanın rəhbəri seçilib.

Görüşdə Müsavat Partiyası və Rusiya Xalq Azadlıq Partiyası arasında ikitərəfli əlaqələrin inkişafı, postsovet məkanında demokratiyanın inkişaf perspektivləri, hər iki

ölkədə demokratik inkişafa mane olan amillər, siyasi məhbuslar problemi, Qarabağ probleminin ədalətli həlli yolları və digər məsələlər müzakirə edilib.

Arif Hacılı həmçinin Rusiyanın “Yabloko”, Almaniyanın FDP, Hollandiyanın D66, Gürcüstanın Respublikaçılar və digər partiyaların rəhbər şəxsləri ilə görüşlər keçirib. Müsavat Partiyasının başqanı səfər çərçivəsində Avropa parlamentinin üzvləri, ATƏT təmsilçiləri, Avropanın ayrı-ayrı siyasi xadimləri ilə, o cümlədən Avropa Parlamentinin üzvü, ALDE-nin vitse-prezidenti Hans Van Baalenlə də görüşüb. Bu görüşlərdə Avropa Şərq Tərəfdaşlığı proqramının inkişafı, postsovet

ölkələrinin, eyni zamanda Azərbaycanın Avrointeqrasiya perspektivləri müzakirə olunub.

Səfər bu gün başa çatır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.