haberL haberR

Ariflərin İrfani Məqamları (Annotasiya)

Kateqoriya: Kitab həyatdır Yayımlama tarixi: 28.05.2015 14:58:11

Müəllif:İbn Sina

Tərcümə və şərh: RövşənAbdullaoğlu

Silsilə: İrfani kitabları silsiləsindən

 

"Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” ad­­lı əsə­­­ri­nin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir.

"İşa­­rat və tən­bi­hat" İbn Si­­nanın yazdığı mühüm və şah əsərlərindən he­sab edi­lir. Bu kitab mən­tiq və fəl­sə­fə olaraq iki hissədən təşkil olun­muş­dur.

O, bu kitabın son üç fəslini ir­­­fana aid et­miş­­dir. Bu üç fəsil o qə­dər dərin ir­­fani fi­kirlərə şamildir ki, ondan bö­­­yük alimlər bəh­­rələnmiş və üs­tün­lü­yü­­nü bə­yan etmişlər. Bu üç irfani fəsillər ara­­­sında da arif­lə­rin irfani məqamları barədə olan IX fə­sil özü­nəməx­­sus yer tu­tur. İbn Sina "Arif­lə­rin irfani məqamları" fəs­­lində arif­lərin mə­­­nəvi yük­sə­liş­ləri za­manı keçdikləri irfani mər­­təbələri izah et­miş, arif­lə­­rin bun­la­rı keçə bil­mələri üçün etdiyi əməllərdən ümu­mi ola­raq da­nış­mış­­dır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.