haberL haberR

Arvadı ilə birgə İŞİD-ə qoşulmağa gedən Şəki rayon sakini yaxalandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 03.11.2014 14:28:33 2897 dəfə oxunub.

Ailəsi ilə birlikdə Suriyada döyüşməyə getmək istəyən azərbaycanlı həbs olunub.

İslamazeri.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satmaq adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlətdikdən sonra həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.    

 

Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

 

Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.