haberL haberR

Astma xəstəliyinə görə dərman içən uşaqlar barədə xəbərdarlıq

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 08.10.2015 11:07:03

Finlandiya alimlərinin araşdırması maraqlı fakt ortaya çıxarıb

İki yaşından kiçik uşaqlara astma xəstələyi dərmanının verilməsi onların gələcəkdə boyunun uzanmasına mane ola bilər. İslamazeri.az report-a istinadən xəbər verir ki, finlandiyalı elm adamları apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

12 min uşaq üzərində aparılan araşdırma zamanı uzun müddət kortikosteroid istifadə edən uşaqların gələcəkdə boyunun çox artmadığı müşahidə olunub.
Uşaqların valideynlərinin boyları nəzərə alınaraq aparılan təhlillərə görə, astma dərmanı istifadə edən uşaqların yetkin yaşlarda 3 santimetr daha qısa boylu olacaqları iddia edilir.

Mütəxəssislər valideynlərə məktəbəqədər dövrdə həmin preparatlardan ehtiyatla və az istifadə edilməsini məsləhət görüb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.