"Aşur bəy" məscidi boşaldıldı (Yeniləndi)

İslamazeri.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məscid günorta namazından sonra tam boşaldılıb və əşyalar dövlət tərəfindən məscid üzvlərinə verilən iki yük avtomobilinə yüklənib. Təhvil-təslim zamanı Daxili İşlər Nazirliyi və DİN Daxili Qoşunlarının əməkdaşları da ərazidə olub. Məscidin açarlarını icmanın təmsilçisi Faiq Mustafa şəxsən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsinə təqdim edib.
***
Məscid tam boşaldılaraq açarlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşına təqdim edilib/
Bunu Azadlıq Radiosuna İçərişəhərdəki «Aşur bəy» məscidi icmasının təmsilçisi («Ləzgi» məscidi adı ilə də tanınır) Faiq Mustafa bildirib.
Onun deməsinə görə, iki maşın verilib ki, məscidə aid avadanlıqları, buradakı kitabları daşınsın.
F.Mustafa hara gedəcəklərini deməyib, sadəcə, bir iki yerə baxdıqlarını söyləyib.
O, qeyd edib ki, məsciddə təmir işlərinin nə zaman başlanacağı və nə zaman bitəcəyi barədə məlumat ala bilməyib.
F.Mustafanın deməsinə görə, Səbail Rayon Polis İdarəsindən gələrək onlara xəbərdarlıq verilib ki, iyulun 26-dan məscid təmirə görə bağlanılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.