haberL haberR

Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 05.11.2014 16:40:42 2831 dəfə oxunub.

Dünən Azərbaycanın Beylaqan rayonunun 9000 minlik əhalisi olan Dünyamalılar qəsəbəsində izdihamlı aşura əzadarlığı keçirilib

İslamazeri.az xəbər verir ki, Aşura günü həm də yeni inşa edilən "İmam Hüseyn (ə)" məscidi əhalinin istifadəsinə verilib.

 

Aşura mərasimində qəsəbənin icra nümayəndələri, Bələdiyyə sədri və həmçinin Bakıdan dəvət olunmuş ilahiyyatçı Oktay Quliyev iştirak edib, İmam Hüseynin (ə) qəhrəmanlığı, şücaəti və müsibəti haqda çıxışlar ediblər. Söylənilən nitqlərdə vətən uğrunda canlarından keçmiş şəhidlər, 20 yanvar və xocalı şəhidləri də unudulmamış, İmam Hüseyn (ə) əzadarlığına hədsiz sevgisi olmuş milli qəhrəman Şəhid Mubariz İbrahimovun şücaətindən də söhbət açılıb, mənfur erməni və İslam aləminə qara yara olan İŞİD-ə də nifrət ifadə edilib. Əzadarlığın sonunda məşhur "Muxtarnamə" serialı olan 100 disk və İmam Hüseynin (ə) həyatı haqqında yazılmış kitablar qəsəbə sakinlərinə hədiyyə edilib.

 

Həmçinin İmam Hüseyn məclislərin kənd sakinləri tərəfindən ehsan edilən qoyunlar qurban kəsilib.

Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

/haberimaj/habergaleri/6H3S5C6E4P2T.JPG
  1. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

  2. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

  3. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

  4. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

  5. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

  6. Aşura günü Beyləqanda möhtəşəm şəkildə qeyd edilib (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.