"Aşur bəy" məscidinin qanunsuz istifadəsi davam etdirilib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik olan bir çox qədim məscidlər mövcuddur ki, bu abidələr dövlət tərəfindən qorunur.
Trend-in məlumatına görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, artıq bir neçə ildir "İçərişəhər"dəki Asəf Zeynallı küçəsi, 55 ünvanında yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli abidələr siyaşısına daxil edilmiş "Aşur" məscidində bərpa-konservasiya işləri planlaşdırılıb: “Əfsuslar olsun ki, 2013-cü ildən bəri bu abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barədə idarə tərəfindən edilən müraciətlərə baxmayaraq, abidədən qanunsuz istifadəsi davam etdirilib. Buna görə bərpa işlərinin başlanılması gecikdirilirdi Abidənin faktiki istifadəçiləri tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub”.
Qurumdan verilən məlumata görə, bununla əlaqədar abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa-restavrasiya işlərinin başlanması üçün idarə tərəfindən abidə artıq boşaldılıb və bir neçə gündən sonra burada işlərə başlanılacaq: “Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında İçəri şəhərdə son bir neçə il ərzində çoxsaylı abidələrin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə aparılan bu işlər yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən hazırlanıb. "Baş Plan"da öz əksini tapmış göstəriş və tövsiyələr əsasında ən müasir tələblərə cavab verən bilik və texnlogiyalar istifadə edilməklə həyata keçiriləcək”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.