haberL haberR

Atambayev: Türkiyənin Qırığızıstanda çevriliş haqda etdiyi çıxışı cəfəngiyatdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.08.2016 14:27:15

Qırğızıstanın prezidenti Almazbek Atambayev Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Fətullah Gülən tərəfdarlarının Qırğızıstanda çevriliş təşkil edə bilmələrinə dair bəyanatını şərh edib

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Qırğızıstanın prezidenti Almazbek Atambayev Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Fətullah Gülən tərəfdarlarının Qırğızıstanda çevriliş təşkil edə bilmələrinə dair bəyanatını şərh edib.

Xatırladaq ki, daha əvvəl Çavuşoğlu qırğız hökumətini Gülən tərəfindən maliyyələşdirilən məktəblərə qarşı tədbirlər görməyə çağırmışdı. O qeyd edib ki, əgər rəsmi Bişkek “Gülənin bandasına” qarşı mövqeyini dəyişməsə, ölkələr arasındaki münasibətlər pisləşə bilər. Qırğızıstan XİN də bu fikirləri qeyri-korrekt adlandırıblar və qeyd ediblər ki, suveren dövlət özü nəyin onun üçün yaxşı, nəyin pis olduğuna qərar vermə qabiliyyətindədir.
“Bu cəfəngiyatdır. Əgər belə ağıllıdırlarsa, o zaman nəyə görə özlərində baş vermiş çevrilişdə “yatmışdılar”? Əlbətdə, biz bütün məsləhətlərə qulaq asacağıq və məlumatı yoxlayacağıq. Bizi nə qorxutmaq, nə də öyrətmək lazım deyil.”, – deyə Atambayev bildirib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.