haberL haberR

ATƏT sədri: “Qarabağda müharibə riski böyükdür”

Kateqoriya: Siyasət Yayımlama tarixi: 02.07.2016 15:35:03

F. Ştaynmayer Qarabağda sabitliyi bərpa etməyə çalışdıqlarını qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya təhlükəsi çox böyükdür”.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT Parlament Assambleyasının Tiflisdə keçirilən 25-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə vəziyyətdə dialoq və əməkdaşlığın möhkəmləndirilməsi üçün ATƏT və onun vasitələri lazımdır: “Bu münaqişə ilə bağlı “dondurulmuş” deyə bəhs etmək doğru deyil. Mən Ermənistan və Azərbaycandan gəlirəm. Söhbət Qarabağ münaqişəsi zonasında yenidən eskalasiyanın baş verməsindən gedir. Artıq 20 ildir yüz minlərlə insan qaçqın vəziyyətdə yaşayır”.

F. Ştaynmayer Qarabağda sabitliyi bərpa etməyə çalışdıqlarını qeyd edib.

“Biz təklifləri nəzərə alırıq və danışıqların mürəkkəbləşməsinə imkan verməməyə cəhd edirik”, - deyə o bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.