haberL haberR

Atletlər kəndində avstriyalı idmançıların vurulma görüntüləri yayıldı (Video)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.06.2015 12:31:11

Sürətlə gələn avtobus səkidə gedən bir neçə nəfəri vurur və dayanmır

İyunun 10-da Bakı şəhərində I Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 idmançı yaralanıb. Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub. Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, 15 yaşlı Vanessa Sahinovic və Luna Pajerdir. Hər üçü üzgüçüdür, 15 yaşları var.  Həmin qəzanın videogörüntülərini təqdim edir. Görüntülərdən məlum olur ki, avtobus qəzanı törədir və dayanmır.(Meydan TV)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.