haberL haberR

Attestatla xarici universitetlərə qəbul olanlara BƏD XƏBƏR

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 10.08.2016 13:38:35

"Bu, yanlışdır, bəyan edirik ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb".

"Bəzi təhsil şirkətləri telekanallarda reklam aparır ki, attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verir. Bu, yanlışdır, bəyan edirik ki, belə bir zəmanəti heç bir şirkət Təhsil Nazirliyindən almayıb".

APA bildirir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir: "Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.