haberL haberR

Aviaşirkətlər təyyarələri yüksəksürətli “Wi-Fi” ilə təchiz edəcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 23.06.2015 11:17:11

Artıq yaxın gələcəkdə təyyarələrdə “Wi-Fi” şəbəkəsi restoran və ya kafelərdə internet çıxışı kimi adi hala çevriləcək

Uzun müddət “Wi-Fi” ya uçuş zamanı tamamilə əlçatmaz olub, ya da daşıyıcılar tərəfindən ona cüzi gəlir mənbəyi kimi baxılıb. Amma, yeni texnologiyalar sayəsində vəziyyət tamamilə dəyişə bilər.

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, genişzolaqlı peyk rabitəsi artıq yalnız şəbəkəyə çıxışa deyil, həm də əyləncə və idman verilişlərinin internet translyasiyasına baxmağa imkan verir.

İndiyədək təyyarənin bortunda məlumatların ötürülməsi sürəti zəif idi və “SITA Onair” provayderinin məlumatına görə, uçuşlar zamanı sərnişinlərin təqribən 5 faizi ödənişli “Wi-Fi” şəbəkələrinə qoşulub. Yeni peyk texnologiyaları bu vəziyyəti düzəltməlidir.

“Honeywell International” və “Inmarsat” maneəsiz “YouTube” videokontentini və rəqəmli radioverilişləri təyyarənin bortuna translyasiya etməyə imkan verən “Global Xpress Aviation” simsiz şəbəkəsinin işini nümayiş etdirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.