haberL haberR

Aviqdor Liberman İsrail rejimi xarici işlər naziri postundan istefa verib

Kateqoriya: Siyasət Yayımlama tarixi: 04.05.2015 18:09:00

Sionist İsrail rejimi xarici işlər naziri Avidqor Liberman vəzifəsindən istefa verib

İslamazeri.az-ın “Sputniknews”-a istinadən verdiyi xəbərə görə, sionist İsrail rejimi xarici işlər naziri Avidqor Liberman vəzifəsindən istefa etdiyini bildirib.

Liberman keçirdiyi mətbuat konfransında, "Təəssüf ki, qurulacaq yeni hökumətin milli maraqlara xidmət etməyəcəyini, fürsətçi bir idarəçilik nümayiş etdirəcəyi qənaətinə gəldim",- deyə bildirib.

Koalisiya danışıqlarından çəkildiyini və Xarici İşlər Nazirliyindən istefa verdiyini açıqlayan Liberman istefa məktubunu yaxın saatlarda Baş nazir Benyamin Netanyahuya verəcəyini  söyləyib.

Netanyahunun koalisiya qurmaq üçün 6 maya qədər müddəti var. Libermanın da partiyası olan "İsrail Evimiz" koalisiya danışıqlarından çəkilsə də, Netanyahunun "Yəhudi Evi", "Qulanı" ("Hamımız"), "ŞAS" ("Tövrat Mühafizəçiləri Partiyası") və "Birləşmiş Tora Yəhudiliyi" partiyaları ilə koalisiya yaratması nəzərdə tutulur. Buna görə, koalisiya partiyalarının millət vəkili sayının isə 61 nəfər olması gözlənilir.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.