haberL haberR

Avropa Birliyi İsrailin şəhərcik layihəsinin dərhal dayandırılmasını tələb edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.07.2016 16:22:30

Bu barədə AB-in xarici siyasət rəsmisi Federika Moqirini bildirib.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, bu barədə AB-in xarici siyasət rəsmisi Federika Moqirini bildirib.

Mətbuat konfransında bu mövzuya da toxunan Moqirini deyib: “Rəsmi Tel-Əvivin Qüdsün şərqində 770 yeni yaşayış evləri tikmə layihəsi iki ölkənin mövcud olma şəraitini aradan aparır. Bununla da Qüdsün İordan çayının qərb sahillərindən daha çox ayrılmasına səbəb olur. ABŞ, Rusiya, BMT və AB-in ortaq sülh müzakirəsində bu layihənin dayandırılmasını bildirməsindən dərhal sonra bu addımlara davam etməsi müxtəlif suallar doğurur. Bizim müzakirəmizinin nəticəsinə görə İsrail dərhal bu addımlarına son qoymalıdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.