Avropa Liqasında 1/4 finalın oyunları keçiriləcək

"Report"un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq.
İspaniyanın "Atletik" komandası eyni ölkə təmsilçisi "Sevilya"nı qonaq edəcək. İngiltərəli referi Mark Klattenburqun idarə edəcəyi oyun Bilbaoda yerləşən "San Mames" stadionunda keçiriləcək. "Atletik" ən güclü 8 komanda sırasına düşmək üçün digər İspaniya təmsilçisi "Valensiya"nı məğlub edibsə, "Sevilya" öncəki mərhələdə "Bazel"dən üstün olub.
Daha bir maraqlı oyun Almaniyada keçiriləcək. Dortmund "Borussiya"sı İngiltərənin "Liverpul" klubunu sınağa çəkəcək. "Siqnal İduna Park"da baş tutacaq görüş ispaniyalı Karlos Velasko Karbalyoya həvalə olunub. "Borussiya" 1/8 finalda digər İngiltərə təmsilçisi "Tottenhem"i yarışdan kənarlaşdırıbsa, "Liverpul" öz gücünü Premyer Liqa iştirakçısı "Mançester Yunayted"ə göstərib.
Digər oyunlarda isə "Vilyarreal" (İspaniya) "Sparta"nı (Çexiya), "Braqa" (Portuqaliya) isə "Şaxtyor"u (Ukrayna) qəbul edəcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Dortmund. "Siqnal İduna Park"
23:05. "Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Bilbao. "San Mames"
23:05. "Vilyarreal" (İspaniya) - "Sparta" (Çexiya)
Baş hakim: Ovidiu Alin Xetseqan
Vilyarreal. "El Madriqal"
23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Ukrayna)
Baş hakim: Yunas Erikkson (İsveç)
Braqa. "Braqa Munisipal"
Qeyd edək ki, cavab görüşləri aprelin 14-də keçiriləcək.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.