haberL haberR

Azad Rəhimov: "Avropa Oyunlarında toy və yasa qadağa qoyulmayacaq"

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 11.03.2015 15:38:46

“Avropa Oyunları zamanı toy və yas mərasimlərinə heç bir qadağa qoyulmayacaq”

İslamazeri.az xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

Nazir bildirib ki, I Avropa Oyunları müddətində Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq: "Kim istəsə, toy edə, Allah eləməsin, kiminsə ölüsü olsa, çadır qura bilər".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.(azvision)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.