haberL haberR

Avropada İslamın yayılması onları narahat edir (VİDEO)

Kateqoriya: İslam Yayımlama tarixi: 09.12.2014 8:57:59 1180 dəfə oxunub.

Almaniyanın Drezdən şəhərində İslama qarşı keçirilən etiraz aksiyasına 10 minə yaxın fəal qatılıb

Almaniyanın Drezden şəhərində Avropanın müsəlmanlaşmasına qarşı etiraz aksiyası keçirilib.  Şəhərin mərkəzi meydanlarından birində baş tutan aksiyaya 10 minə yaxın fəal qatılıb.  

Aksiyaya neo-nasistlər də dəstək olublar. Lakin özlərini PEGİDA qrupu kimi tanıdan fəallar millətçi neo-nasistlərlə heç bir əlaqələrinin olmadığını bildiriblər. Fəalların sözlərinə görə, onlar, sadəcə, İslam ekstrimizminə və ölkədə sığınacaq əldə edən müsəlmanların bu sistemdən sui-istifadə etməsinə qarşı çıxırlar.

Aksiyada fəallara qarşı çıxanlar da tapılıb. Bir qrup fəal sülh dininə etiraz edən insanlara qarşı şüarlar səsləndiriblər. Aksiyalar sülh şəraitində yekunlaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.