haberL haberR

Avropalılar Bakıda, bəs mədəniyyət harda? (Video)

Kateqoriya: Sosial Yayımlama tarixi: 22.06.2015 16:15:16

Bakının havası avropalılara düşmədi, yoxsa mədəniyyətləri bu qədərdi bilmirəm...

Yaxşı ki, avropalılar Bakıya gəlirlər. Yoxsa biz avropa mədəniyyəti əfsanələri ilə yaşayardıq. Əksəriyyətimiz Avropa şəhərlərində olmadığımıza görə, kinolardan, verilişlərdən, romanlardan, nağıllardan əsl kamil insan cəmiyyətinin Avropada hökm sürdüyünü düşünürdük.

 

Avropaya getməsək də, avropalılar Bakıya gəldilər və...

Və mədəniyyətdən xəbəri olmayan, özünü cəmiyyət arasında apara bilməyən, sözün əsl mənasında özlərini "buraxan" avroplalılar bizi necə də aldadıblarmış.

Sahil metrosu yaxınlığında yerləşən "Malakan bağı" mənim ənənəvi kitab oxumaq məkanımdır, amma... Bakıda keçirilən 1-ci (və sonuncu) Avropa Oyunları ilə əlaqədar ölkəyə gəlmiş əcnəbilər əməlli-başlı düzənimi pozdu. Yataq paltarı ilə küçədə gəzməkləri bir yana, qadın paltarında gəzən kişicikləri də digər yana, oturub kafedə ondan başqa heç kimin insan olmadığını düşünən "uzunqulaq" pivə içərək qışqırır, yerə uzanır parkda dincəlməyə gələn insanları əməlli-başlı narahat edirdilər. Əvvəl düşündüm ki, oruc olduğundan əsəblərim gərgindir deyə mənə daha aqressiv görünür. Sonra gördüm ki, yox elə bu avroplalılar bütün parkdakıları təəccübləndiriblər. Bağıra-bağıra mahnı oxuyur, yanındakılar da əl çalaraq şənlik məclisini daha da alovlandırırdılar. Qərara gəldik ki, gördüyümüz mənzərəni qeydə alıb sizinlə paylaşaq. Mən 30 ilə yaxındır ki, Bakı sakiniyəm, 20 ilə yaxındır ki, şəhərdə cəmiyyət arasındayam. Mən hələ belə pis vəziyyəti Bakımızda görməmişdim. Əslində belə avroplalılar bizdən mədəniyyət öyrənməlidirlər, bizə baxıb böyük-kiçik yeri bilməlidilər. Bizdən "ponyatka" götürməlidirlər. Mən bunu neçə müddət ərzində müşahidə etdim. Təbii ki, istisna hallar var, amma bizim milli mentalitetimiz başqalarının haqlarını pozmamaq üzərində köklənib. Dəyərlərimizə sadiq azərbaycanlı da öz milli kimliyini qoruyub avropanın eybəcər mədəniyyətindən imtina edir. Avropaya üz tutanlar isə...

 

Tural Əli

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.