haberL haberR

Avstraliyada meşə yanğınları 50-dən çox evi məhv edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.12.2015 11:43:57

Avstraliyada güclü meşə yanğını tüğyan edir

Viktoriya ştatında yanğın 2,2 min hektar sahəni məhv edib.

Adıçəkilən ərazidə təxminən 53 ev tamamilə yanaraq külə dönüb. Turistlər daxil olmaqla, 1600 nəfər evakuasiya edilib. Alovla mübarizəyə 300-dən çox yanğınsöndürən, 18 təyyarə cəlb olunub.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Yanğına səbəb kimi oddan ehtiyatsız istifadə göstərilir. Eyni zamanda, yanğının ildırım nəticəsində baş verdiyi də istisna olunmur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.