haberL haberR

Avtobus Bakıda kişinin üstündən keçib öldürdü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 23.10.2014 13:58:30

Cəsəd yararsız hala düşdüyündən şəxsiyyəti müəyyən etmək mümkün olmayıb

İslamazeri.az xəbər verir ki,  Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı, 10-TG-011 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlarında kişini vuraraq öldürüb.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər piyadanın cəsədini avtobusun altından çıxarıblar.


Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.