haberL haberR

Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

Kateqoriya: Ölkə Yayımlama tarixi: 11.06.2016 13:32:24

Bir neçə gün əvvəl ləğv edilən 18 və 96 saylı avtobusların sürücüləri aksiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən xəttlərdə işləyən avtobus sürücüləri “Xaliq Faiqoğlu” şirkətinin qarşısına toplaşıblar. 200-ə yaxın işsiz sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb ediblər. Sürücülər maddi vəziyyətlərinin pis olduğunu, bir çoxlarının banklarda kredit borclarının olduğunu qeyd ediblər. Şirkət rəhbərliyi sürücülərə aidiyyatı dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.

Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

/haberimaj/habergaleri/4C1N3X4Z3K0N.JPG
  1. Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

  2. Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

  3. Avtobus sürücüləri aksiya keçirdi - Fotolar

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.