haberL haberR

Avtomobilləri qəsdən yandıran kriminal avtoritet tutulub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 10.06.2015 12:25:42

Bakıda avtomobilləri yandıran şəxs tutulub

Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb.

Məlumata görə, S. Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var. O, bu aləmdə “Dəli Səfər” ləqəbi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb. Avtomobili yandırılanlar arasında kriminal aləmdə “Seyid” ləqəbi ilə tanınan avtoritet də var. (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.