haberL haberR
Avtomobil təmir sexlərinə qənim kəsilən tutuldular

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, aprelin 21-nə keçən gecə Quba rayonunun Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanıb.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə, Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə Mikayıl Bədəlovun həyətindən isə dəmirdən hazırlanmış 9 ədəd tor oğurlamaları da müəyyən edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.