Avtovağzal altı gün gücləndirilmiş rejimdə işləyəcək

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev "APA-Economics"ə bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.
M. Abdullayev hesab edir ki, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr tarixlərinədək davam edəcək: "Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınması nəzərdə tutulub”, - deyə növbə rəisi vurğulayıb.
M. Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.