haberL haberR

Ayətullah Xamenei İŞİD-i yaradan ölkələrin adını açıqladı

Kateqoriya: İslam Yayımlama tarixi: 15.10.2014 07:54:50 3089 dəfə oxunub.

Qədir Xum bayramında çıxış edən ali dini lider İŞİD-i yaradan ölkələrin adlarını açıqlayıb

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Qədir Xum bayramında çıxış edən Ayətullah Xamenei, İŞİD terror qruplaşmasının yaradılmasında məsuliyyəti ABŞ və müttəfiq ölkələrin daşıdığını deyib.

İranın dini lideri, İŞİD və "əl-Qaidə" terror qruplaşmalarını ABŞ ilə İngiltərənin qurduğunu və məqsədlərinin sünnilər ilə şiələr arasında ixtilaf yarat aq olduğunu açıqlayıb.

Ali dini lider seyid Əli Xamenei açıqlamasında bildirib ki, hadisələrə analitik baxdığımız zaman müəyyən etmiş oluruq ki, ABŞ və müttəfiq ölkələr İŞİD-lə mübarizə aparmır, əksinə müsəlmanlar arasında ixtilaf və düşmənlik yayırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.