haberL haberR

Ayətullah Sistani Ərəbistan Şiələrinə başsağlığı verib

Kateqoriya: İslam Yayımlama tarixi: 09.11.2014 18:33:57

Məlumatı Ayətullah Sistaninin rəsmi dəftərxanası yayıb.

İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi məlumata görə, Ayətullah Sistanin rəsmi dəftəxanası məlumat yayıb ki, O Ərəbistan şiə şəhərlərindən biri olan Qatifin "Al-Mustafa" Hüseyniyyəsində baş tutan matəm mərasimində şiələrə qarşı edilən silahlı hücum zamanı şəhid olan insanların ailələrinə başsağlığı verib.

" Uca Allah İmam Hüseyn (ə)-in müsibətini yaşatmamızdan dolayı sizlərin və bizlərin savabını artırsın. İslam Peyğəmbərinin (s)-in şəhid olan nəvəsinin "Al Mustafa" Hüseyniyyəsində baş tutan matəm məclisinə qatılan qardaşlarımıza  edilən hücum nəticəsində onlardan bəziləri həyatını itirimiş bəziləri də yaralanmışdır.  Bu hadisə qəlbləri yaralamış, ruhları hüznə boğmuşdur. Allahdan gəldik dönüşümüz də onadır.

Biz  müsibətin  acısını sizlərlə bərabər paylaşırıq. Uca Allahdan onları Kərbəla şəhidləri ilə məşhur etməsini istəyirik.  Allahdan şəhidlərin ailələrinə səbr yaralılara da şəfa diləyirik. Allah eşidəndir. "

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.