haberL haberR

Ayətullah Sistaninin bu fətvası olmasaydı...

Kateqoriya: İslam Yayımlama tarixi: 20.11.2014 14:27:50 5013 dəfə oxunub.

Höccətül-İslam Məhəmmədi Gülpayiqani bu sözlərlə çıxış edib.

İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, İran İnqilabı Rəhbəriyyət Bürosunun sədri Məhəmmədi Gülpayiqani Ayətullah Asifi barədə baş tutan konqresdə mərcəiyyətin İŞİD-ə qarşı mübarizədəki rolundan danışıb. 

O belə deyib: " Bu bir reallıqdır ki, əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla, nə də Nəcəf qalardı. Bu fətvadan  sonra alimlərə və mərcəiyyətə güvənən insanlar İŞİD-ə qarşı döyüşmək üçün meydanlara çıxdılar. 
Bu gün İslam düşmənləri bur gerçəyin fərqinə varıblar. Dolayısıyla mərcəiyyət məqamını sarsıtmak və xalqın gözündən düşürmək üçün  sistematik olaraq  çalışırlar. Buna görə də müsəlmanlar son dərəcə ayıq olmalı və düşmənin oyunlarına alət olmamalıdırlar. Təkfirçilər Nəcəf və Kərbəlanı yerlə-yeksan etməkdən sonra Məşhəd şəhərində yerləşən İmam Rza türbəsini də hədəfə almışdılar. Lakin Ayətullah Sistaninin  fətvasını düşmənin planlarını pozdu. 1 milyon aşiq insan terroristlərə qarşı vuruşmaq üçün hazır vəziyyətə gəldi. Bunu açıq aşkar söyləyirəm : Əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla qalacaqdı, nə də Nəcəf ! "

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.