Ayətullah Amuli: "Quran bütün dinlərin sözünü dinləməyə çağırır"

İslamazeri.az saytının verdiyi məlumta görə, dünən keçirilən təfsir dərsində böyük alim Zümər surəsinin 11-18 ci ayələrinə şərh verib.
Ayətullah Amuli, bu ayələrdə keçən ixlas anlayışına işarə edərək bildirib: "Ayələrdə müşriklərə aid edilmiş olan "ixlas" kəlməsi, onların bütpərəstlikdə göstərdikləri səmimiyyətə işarədir. Yoxsa onların bəzi vaxtlar müsbət mənada ixlası olduqlarından bəhs edilmir." Ayə bunu deyir: "Müşriklər ixlasla Allahdan başqasına sitayiş edirlər və Allahdan başqa tapındıqları şeyə ibadət məsələsində məxsusdurlar." Əlbəttə, bu, onlarda riyakrlık olmadığı mənasına gəlməz. Müşriklər də bəzən özlərini daha yaxşı bütpərəst göstərmək meylinə düşərək riyakrlık edə bilərlər. Beləliklə bu ayələrdə dörd dəfə təkrarlanmış olan ixlas, Peyğəmbərin "Mən göstəriş üçün və eşitsinlər deyə iş görmürəm" -hədisinin mənası ilə uzlaşmır! Çünki belə bir şeyin Peyğəmbərə yol tapması mümkün deyil. Peyğəmbər (s) həyatı boyu nə əzab qorxusu, nə də cənnət arzusu ilə Allaha qulluq etmişdir. O, Allah üçün Allaha qulluq edir. Buradan biz də dərs çıxarmalı və ibadəti yalnız Allah üçün etməliyik. O ibadət edilməyə layiq olduğu üçün ibadət etməliyik.
Peyğəmbər (s) müşriklərə xitab edərək deyir: "Sizlər azadsınız, əlbəttə, şəri cəhətdən deyil, bu baxımdan sərbəst və azadsınız ki, istədiyinizi edə, bu dünyada istədiyinizə pərəstiş edə bilərsiz. Amma yoldan çıxdığınız təqdirdə özünüz, həyat yoldaşınız və uşaqlarınızın sərmayəsini itirəcəksiniz. Qiyamətdə sizin üçün yığılan nemətləri və cənnəti itirəcəksiniz. Bu halda sizlər ziyan edənlərdən olacaqsınız."
Uca Allahın insanları bütün ideologiyaların və dinlərin sözlərini eşitməyə çağırdığına diqqət çəkən Ayətullah Amuli bunları da qeyd etməyi borc bildi: "Bütün sözləri dinləyib bunların içərisindən ən gözəl olanı seçən kimsəni bu ayədə Uca Allah müjdələmişdir . Dolayısıyla bu fikirlərdə fanatizm İslamın mübarizə apardığı mövqedir. Quran daim bizi tərəqqi etdirəcək və yüksəldəcək üsullara istiqamətləndirir və bunu deyir: Bütün məktəblərin sözlərini qulaq asın, üzərində düşünün, müqayisə edin, əməlli-başlı ələkdən keçirin və ən gözəl olanı seçib ona əməl edib, irəli gedin."
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.