haberL haberR

Ayağı səhv kəsilən xəstənin həkimi: “Bu, bizim işimiz deyil”

Kateqoriya: Münasibət Yayımlama tarixi: 02.08.2016 11:19:58

"Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük".

"Xəstə xəstəxanadan çıxıb gedəndən sonra onu müşahidə etmək bizim işimiz deyil".

Bunu Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.
O, iyun ayında sol ayağı əvəzinə sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və iki gün əvvəl vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib: "Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük".
"Report" Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.
Xatırladaq ki, Ə.Rzazadə xəstənin sol ayağı əvəinə sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.